Sübut edilməyən iddia (film, 2006)
İçəridəki adam (İngiliscə orijinal adı: Inside Man) — 2006-cı ildə Russell Gewirtz tərəfindən yazılmış və Spike Lee tərəfindən çəkilmiş triller-detektiv-dram filmidir.
Hər şey adi bank quldurluğu kimi başlayır. Wall Streetin ən böyük korporasiyalarından birinin foyesində özünü rəngsaz kimi təqdim edən dörd quldur 50 nəfəri girov götürəndə, polis adi prosedura qaydalarına əməl edir və quldurlarla danışıqlar aparmaq üçün iki detektiv təyin olunur.
Zaman keçdikcə detektivlər başa düşürlər ki, quldurlardan həmişə bir addım geridə qalırlar. Hər vəziyyətdə işə yarayan planlar alt-üst olur və zaman keçdikcə çarələr tükənməyə başlayır.
Bank müdiri baş verənlərlə çox ciddi şəkildə maraqlanır. Bu vaxt bir makler soyğunçularla təkbətək görüş tələb edir.